AZ

AFFA-nın 4 liqasında mövsümün püşkü atıldı

AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 və Gənclər Liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, AFFA U-15 və U-16 Liqasının hər birində 15 komanda çıxış edəcək. Komandalar A qrupu (15 komanda) və Naxçıvan Muxtar Respublikası üzrə B qrupu olmaqla iki qrupa bölünüblər. Birinci mərhələ 2 dövrədən ibarət olmaqla dairəvi sistemlə keçiriləcək. B qrupundakı komandaların bölgüsü Naxçıvan Muxtar Respublikası üzrə iştirak edən kollektivlərdən formalaşdırılır. Bu yaş qruplarının A qrupunda ilk 7 yerin, B qrupunda isə 1-ci yerin sahibi final mərhələsində ev-səfər prinsipinə əsasən pley-off sistemi ilə yenidən qarşılaşacaqlar. AFFA U-17 və Gənclər Liqası isə 3 dövrədən ibarət olacaq. U-17 Liqada 15 komanda, Gənclər Liqasında 13 komanda mübarizə aparacaq. U-15 Liqada I turun təqvimi “Turan Tovuz” – “Sabah” “Neftçi” – “Sumqayıt” “Səbail” – EFA “Qəbələ” – “Kəpəz” “Zirə” – “Vətən” “Qarabağ” – “Şamaxı” “Dinamo” – ASTA “Metak” I turda oyun keçirməyəcək. U-16 Liqada I turun təqvimi “Qarabağ” – “Sabah” “Şamaxı” – “Mübariz” “Turan Tovuz” – “Zirə” “Dinamo” – “Səbail” “Lion” – EFA UFA – “Neftçi” “Kəpəz” – “Sumqayıt” ASTA I turda oyun keçirməyəcək. U-17 Liqada I turun təqvimi “Qarabağ” – “Sabah” “Vətən” – “Səbail” “Araz-Naxçıvan” – “Kəpəz” “Sumqayıt” – “Masallı” “Zirə” – “Şamaxı” “Turan Tovuz” – EFA “Dinamo” – “Neftçi” “Qəbələ” I turda oyun keçirməyəcək. Gənclər Liqasında I turun təqvimi “Qarabağ” – UFA “Kəpəz” – “Zirə” “Sumqayıt” – “Dinamo” “Sabah” – “Turan Tovuz” “Səbail” – “Qəbələ” “Şamaxı” – “Araz-Naxçıvan” “Neftçi” I turda oyun keçirməyəcək.

Seçilən
141
22
matc.az

10Mənbələr