AZ

Premyer Liqa: 5-ci turun proqramı açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 5-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, tur ənənəvi olaraq üç günü əhatə edəcək. 5-ci tura avqustun 30-da keçiriləcək iki oyunla start veriləcək. Şənbə günü də iki qarşılaşma baş tutacaq. Son matç isə bazar günü “Zirə” ilə “Qarabağ” arasında keçiriləcək.

Premyer Liqa
5-ci tur
30 avqust

17:45. “Turan Tovuz” – “Səbail”
Tovuz şəhər stadionu.

20:00. “Sumqayıt” – “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

31 avqust

17:00. “Şamaxı” – “Neftçi”
Şamaxı şəhər stadionu.

19:30. “Kəpəz” – “Sabah”
Tovuz şəhər stadionu.

1 sentyabr

20:45. “Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu.

Seçilən
138
50
arena.az

10Mənbələr