AZ

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verdi

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan e-huquq.az-a bildirilib ki, avqustun 20-də saat 19 radələrində İsmayıllı rayonu ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Məsarif Rüstəmov ölüb, digər 3 nəfər - Camal Zeynalov, Elnur Bayramov və Valeh Məmmədov xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
19
18
e-huquq.az

10Mənbələr