AZ

Bərədə yanğın baş verdi -

Limandan yola düşən gəmi-bərəsinin mühərrik bölməsində yanğın baş verib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə İtalyanın Elba adası yaxınlığında baş verib.

, “Corsica Sardinia Ferries” şirkətinə məxsus “Corsica Express” gəmi-bərəsinin göyərtəsində təxminən 300 nəfər olub. Mühərrik bölməsində tüstü aşkarlandıqdan sonra gəmi-bərə limana geri qayıdıb. Yanğın dərhal söndürülüb.

Əraziyə Sahil Mühafizə Xidmətinin patrul gəmiləri və mülki müdafiə qüvvələri cəlb olunub. Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Müəllif: Teleqraf.com
Seçilən
67
12
teleqraf.com

10Mənbələr