UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda \"Qarabağ\" səfərdə \"Dinamo\"nun (Zaqreb, Xorvatiya) qonağı olub.
AZXEBER.COM xəbər verir ki, \"Maksimir\" stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.
Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.