AZ

Qazaxıstanda Orta Dəhliz üzrə yükdaşımaların həcmi artır

Bakı. Trend:

2024-cü ilin ilk 7 ayında Aktau və Kurık dəniz limanlarıvasitəsilə təxminən 4,2 milyon ton yük daşınıb, bu isə ötən ilineyni dövrü ilə müqayisədə eyni səviyyədə qalıb.

Trend Qazaxıstanmətbuatına istinadən xəbər verir ki, bu məlumatı QazaxıstanRespublikası Nəqliyyat Nazirliyinin Dəmiryolu və Dəniz NəqliyyatıKomitəsinin sədr müavini Kasım Tlepov açıqlayıb.

Kasım Tlepovun sözlərinə görə, eyni zamanda, TransxəzərBeynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə yükdaşımaların həcmi 63faiz artaraq 2,5 milyon tona çatıb. O qeyd edib ki, ildən-ilə bumarşrut üzrə daşınan yüklərin çeşidi genişlənir.

Tlepov əlavə edib ki, bu il Aktau və Kurık limanları vasitəsiləümumilikdə 8 milyon tona yaxın, o cümlədən TBNM marşrutu ilə 4,2milyon ton yükün daşınması planlaşdırılır.

Qeyd edək ki, Orta Dəhliz kimi də tanınan Transxəzər BeynəlxalqNəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstanvə Türkiyə üzərindən keçərək Çin ilə Avropa ölkələrinibirləşdirir.

Seçilən
27
4
az.trend.az

5Mənbələr