ABŞ Haitinin keçmiş prezidenti Mişel Martellinin adını sanksiya siyahısına daxil edib. SİA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb. Bildirilir ki, sanksiya sabiq dövlət başçısının qlobal narkotik vasitə ticarətindəki roluna görə tətbiq edilib. Məlumata əsasən, Martelli qeyri-leqal narkotik maddə ticarətini asanlaşdırmaq üçün öz səlahiyyətlərindən istifadə edib və Haitidə yerləşən dəstələri maliyyələşdirib. Bu isə Haitidə siyasi qeyri-sabitliyə və təhlükəsizliyin pozulması ilə nəticələnib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta