AZ

“Qarabağ” heç də zəif deyildi” — “Dinamo”nun baş məşqçisi

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının baş məşqçisi Sergey Yakiroviç “Qarabağ”a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.

Demokrat.az xəbər verir ki, 47 yaşlı mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Qarşılaşmanı yüksək səviyyədə keçirdik. Lakin rəqibimiz heç də zəif deyildi. “Qarabağ”la bağlı matçdan əvvəl dediklərim bu görüşdə öz təsdiqini tapdı. Biz hesabda 1:0 öndə olarkən rəqib üstünlüyü ələ almışdı. Rəqib komanda imkan tapanda çox yaxşı oyun sərgiləyir. 60-cı dəqiqəyə qədər müdafiədə boşluqlar verirdik. Lakin sonradan ərazi üstünlüyü yenidən bizə keçdi. Hətta, qarşılaşmanın son anlarında bir neçə dəfə qol imkanını boşa verdik”.

Seçilən
145
19
demokrat.az

7Mənbələr