AZ

"Neftçi Arena"nın son durumu belədir...

"Neftçi Arena"nın ot örtüyü ilə bağlı son duruma aydınlıq gəlib. Sport24.az xəbər verir ki, bununla bağlı klubun koordinatoru Rüstəm Əfsərli açıqlama verib.
 
O bildirib ki, stadionun ot örütüyünün yaxşı vəziyyətə gətirilməsi ilə bağlı işləri aparılır: "Ciddi irəliləyiş var. Sentyabrın 20-də "Qarabağ"la oyunu məhz "Neftçi Arena"da keçirəcəyik. Uzun müddətdir stadionda bu məsələ ilə bağlı kiçik işlər aparılıb".
 
Onun sözlərinə görə, mövsümün əvvəlində də ot örtüyü istənilən səviyyədə olmayıb: "Ürəyimizcə deyildi. İlk matçda azarkeşlərin istəyinə qarşı olmamaq üçün oyunu evimizdə keçirdik".
 
Qeyd edək ki, Rüstəm Əfsərli media kordinatoru vəzifəsinə mövsümün əvvəlində təyin edilib.

Seçilən
5
3
sport24.az

5Mənbələr