
Bakı, 21 avqust, AZƏRTAC
İspaniyanın “Atletiko” klubu İngiltərənin “Çelsi” komandasının yarımmüdafiəçisi Konor Qallaherin transferini rəsmən açıqlayıb.
AZƏRTAC Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Atletiko” ingiltərəli oyunçunun keçidi üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək.
Qeyd edək ki, K.Qallaher “Çelsi”nin heyətində 95 matçda 10 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.