“Kontakt” “Dəniz Mall”dan sonra bu dəfə əyləncə, bol hədiyyə və ilin ən böyük endirimləriylə “Gənclik Mall”a gəlir.
Şəbəkə rəsmi açılışı münasibətilə noyabrın 15-i saat 18:00-da böyükdən kiçiyə hamını rəsmi açılışına dəvət edir.
Xüsusi açılışda hamının 70%-dək endirimli “Böyük Cümə” təkliflərindən yararlanmaq imkanı olacaq.
Qeyd edək ki, ümumi sahəsi 615 m2 olan mağazada rəqəmsal, kiçik məişət, qab-qacaq və nəqliyyat vasitələri satış üçün təqdim olunur. Həmçinin bu mağazada müxtəlif brend zonaları mövcuddur.
İndi isə gəlin faydalı açılış təkliflərindən bəzilərinə nəzər salaq. Belə ki:
128 GB yaddaşlı “Oppo A58” smartfonunu nağd alışda 550 yox, endirimlə cəmi 299 manata;
109 sm ekranlı, smart “Toshiba” televizorunu 900 yox, cəmi 399 manata;
2200 Vt-lıq “Rowenta” hava fenini 130 yox, cəmi 39 manata;
1600 Vt-lıq “Samsung” tozsoranını isə 190 yox, cəmi 99 manata ala bilərsiniz.
Odur ki, həm ilin ən böyük endirimlərindən yararlanmaq, həm də əyləncəli açılış proqramını qaçırmamaq üçün noyabrın 15-i saat 18:00-da “Kontakt”ın “Gənclik Mall” mağazasına gəlməyi unutmayın!
Ünvan: “Gənclik Mall”, 1-ci mərtəbə.
Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.