Bakı. Trend:
“Harris Interactive” sorğu mərkəzi fransızlar arasında ölkəninyeni Baş naziri olaraq kimi görmək istədikləri ilə bağlı sosialsorğu keçirib.
Trend bu barədə xariciKİV-lərə istinadən xəbər verir.
Siyahıda Fransanın bütün siyasi həyatını əks etdirən, bəzilərihələ də siyasətdə olan, bəziləri illərdir siyasət səhnəsindən uzaqqalan 35 şəxsiyyətin adları yer alıb.
Respondentlərin 40 faizi Qabriel Attalın Baş nazir vəzifəsindəqalmasına üstünlük veriblər. O, populyarlıq reytinqindənfaydalanır. Makronistlərin 81 faizi, Respublikaçıların (LR) 76faizi, ekoloqların isə 49 faizi və sosialistlərin 44 faizi Q.Attalı Baş nazir vəzifəsində görmək istədiklərini bəyan ediblər.Hətta “Əyilməz Fransa” və Milli Birlik partiyalarının hər 5üzvündən biri onun Baş nazir olmasına müsbət rəy verib.
Ksavye Bertran 39 faiz müsbət rəylə ikinci yerdə qərarlaşıb. Onudəstəkləyənlərin 91 faizi Milli Birlik partiyasındandır.