AZ

Daha bir ölkədə meymunçiçəyi virusu aşkar olundu

Tailandda “mpox” virusuna yoluxma halı qeydə alınıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, virus ötən həftə Afrikadan gələn avropalıda aşkar olunub.

Ştamın müəyyən olunması üçün testlərin nəticələri gözlənilir. Xəstəliklərə nəzarət Departamentinin baş direktoru Tonqçay Kiratixattayakorn bildirib ki, Tailand hökuməti xəstənin avqustun 14-də xəstəliyin yayıldığı Afrika ölkəsindən gəldiyi üçün bu hadisəni birinci altqrupa aid “mpox” xəstəliyi kimi qiymətləndirirlər. Baş direktor Afrika ölkəsinin adını açıqlamayıb.


Müəllif: Teleqraf.com
Seçilən
141
5
teleqraf.com

10Mənbələr