Bakı. Trend:
Estoniya, Latviya və Litva 1994-cü ildə SSRİ-dən miras qalandəmir yolu sistemini yeniləmək və Avropa dəmir yolu şəbəkəsinəinteqrasiya etməyi qərara almışdı.
Trend-inməlumatına görə, bu barədə "Figaro" nəşri xəbər verib.
Məlumata əsasən, bu sahədə müəyyən işlər görülsə də, layihəninicrası ciddi şəkildə ləngiyir.
2017-ci ildə ortaya atılan “Rail Baltica” layihəsinin 10 ilətamamlanması nəzərdə tutulurdu. Layihənin ilkin dəyəri 5,7 milyardavro idi. 2023-cü ilin sonunda Vilnüslə Riqa arasında yeni qatarlaristismara verilib. 300 kilometr məsafəni 4 saata qət etmək mümkünolub. Lakin bu hələ son deyil.
Hər 3 ölkənin hesablama palatalarının bu günlərdə verdiyiməlumata görə, Litvada işlər 2020-ci ildə başa çatmalı olsa da,layihənin icra müddəti 2026-cı ilədək uzadılıb. Latviyada isəlayihə dəyişdirilərək ikixətli deyil, birxətli dəmir yolununçəkilməsi belə, maliyyə problemlərini həll etməyib. Yarıbayarıazaldılmış layihənin icrası üçün əlavə 10 milyard avro tələbolunur.
Litvada işlərin icrası Fransanın “Eiffage” konsorsiumuna həvaləolunub. İşlər rəsmi olaraq may ayında təntənəli şəkildə başlasa da,reallıqda heç bir iş görülməyib.