AZ

Futbol tarixinin ən uğursuz transferlərinin reytinqi açıqlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bütün liqalar üzrə futbol tarixində ən uğursuz transferlərin reytinqi dərc olunub.
Oxu.Az xəbər verir ki, birinci yeri 2017-ci ildə "Borussiya"dan "Barselona"ya keçən Usman Dembele tutub. İkinci yeri belçikalı vinger Eden Hazardın "Çelsi"dən "Real Madrid"ə transferi (2019) tutub . Üçüncü yerdə 2018-ci ildə braziliyalı hücumameyilli yarımmüdafiəçi Filippe Koutinyonun " Liverpul"dan "Barselona"ya transferi qərarlaşıb.
Goal.com-a görə transfer uğursuzluqlarının siyahısı:
  1. Usman Dembele (Fransa) - "Borussiya Dortmund"dan "Barselona"ya, 2017-ci il, 135.0 milyon avro;
  2. Eden Hazard (Belçika) - "Çelsi"dən "Real Madrid"ə, 2019-cu il, 120.8 milyon avro;
  3. Filippe Koutinyo (Braziliya) - "Liverpul"dan "Barselona"ya, 2018-ci il, 135.0 milyon avro;
  4. Pol Poqba (Fransa) - "Yuventus"dan "Mançester Yunayted"ə, 2016-cı il, 105.0 milyon avro;
  5. Romelu Lukaku (Belçika) - "İnter"dən "Çelsi"yə, 2021-ci il, 113.0 milyon avro;
  6. Juan Feliks (Portuqaliya) - "Benfika"dan "Atletiko Madrid"ə, 2019-cu il, 127.0 milyon avro;
  7. Nikolya Pepe (Kot-d'İvuar) - "Lill"dən "Arsenal"a, 2019-cu il, 80.0 milyon avro;
  8. Harri Maquayr (İngiltərə) - "Lester Siti"dən "Mançester Yunayted", 2019-cu il, 87.0 milyon avro;
  9. Antuan Qrizmann (Fransa) - "Atletiko Madrid"dən "Barselona"ya, 2019-cu il, 120.0 milyon avro;
  10. Alvaro Morata (İspaniya) - "Real Madrid"dən "Çelsi"yə, 2017-ci il, 66.0 milyon avro;
  11. Romelu Lukaku (Belçika) - "Everton"dan "Mançester Yunayted"ə, 2017-ci il, 84.7 milyon avro;
  12. Kepa Arrisabalaqa (İspaniya) - "Atletik"dən "Çelsi"yə, 2018-ci il, 80.0 milyon avro;
  13. Neymar (Braziliya) - "Barselona"dan PSJ-yə, 2017-ci il, 222.0 milyon avro;
  14. Zlatan İbrahimoviç (İsveç) - "İnter"dən "Barselona"ya, 2009-cu il, 69.5 milyon avro;
  15. Xames Rodriges (Kolumbiya) - "Monakodan" "Real Madrid"ə, 2014-cü il, 75.0 milyon avro.
Qeyd edək ki, klublar arasında ən uğursuz transferlər "Barselona" (4), "Mançester Yunayted" (3) və "Çelsi"də (3) olub.
Seçilən
123
10
oxu.az

10Mənbələr