AZ

Trampın bacısı vəfat edib - 86 yaşında

ABŞ-ın keçmiş prezidenti Donald Trampın böyük bacısı Marianna Tramp-Berri 86 yaşında Nyu-Yorkda vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 

Ölümün səbəbləri dəqiqləşdirilməyib. Trampın bacısı 1983-cü ildə Ronald Reyqanın prezidentliyi dövründə federal hakim olub. Ehtimal olunur ki, ona bu postu tutmağa sonradan Donald Trampın köməkçisi olmuş vəkil Roy Koninin köməkliyi olub. 10 il sonra prezident Bill Klinton onu üçüncü dairə üzrə Apellyasiya Məhkəməsində hakim təyin edib.

 

O, 2019-cu ildə Tramp ailəsinin miras qalan sərvətini artırmaq üçün vergi fırıldaqçılığı ilə bağlı hüquqi araşdırma başladıqdan sonra təqaüdə çıxıb. "New York Times" qəzeti Tramp-Berrinin bu sxemlərdən nəinki faydalandığını, həm də digər ailə üzvlərinin hərəkətlərinə nəzarət etdiyini yazıb. Bundan sonra sözügedən araşdırma başldılıb.

Seçilən
51
1
modern.az

2Mənbələr