Demokrat.az xəbər verir ki, çempionat ölkənin ən yaxşı oxçularını müəyyən etməklə yanaşı, həm də qədim ənənələri özündə yaşadan oxatma sənətinin inkişafı və qorunması, cəmiyyətin idman əzminin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcək.
Kişi və qadın idmançılar üç kateqoriya üzrə yarışacaqlar: 16 yaşına qədər yeniyetmələr (30 metr məsafə), 16-18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə).
Yarışın proqramına əsasən, avqustun 23-də məşq sessiyaları ilə başlayan çempionat 24 avqust tarixində açılış mərasimi və sıralama atışları ilə davam edəcək. Nəhayət, oxatanların 1/4 final mərhələsindən finala qədər davam edəcək mübarizəsinə avqustun 25-də yekun vurularaq, qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
Federasiya oxatma idman növünün daha geniş auditoriya tərəfindən sevilməsi və bu sahədə maarifləndirmə səviyyəsinin yüksəldilməsi missiyasını davam etdirərək, bütün idmansevərləri yarışları izləməyə dəvət edir.
Üç gün davam edəcək turnir 23 avqust saat 10:00-da Əhəd Yaqubov küçəsi, 15 ünvanında yerləşən Avropa Oyunları Parkında (Dənizkənarı Milli Park) baş tutacaq (giriş sərbəstdir).
8Mənbələr
-
manset.azAzərbaycanın Kamandan Oxatma üzrə Çempionatı - İdman nailiyyətləri mədəni ənənələrlə birləşir ( 10107643)
-
msport.azAzərbaycan birinciliyi və çempionatı keçiriləcək ( 10104613)
-
sportnet.azAzərbaycan birinciliyi və çempionatı keçiriləcək ( 10104316)
-
demokrat.azAzərbaycanın Kamandan Oxatma üzrə Çempionatı: İdman nailiyyətləri mədəni ənənələrlə birləşir! ( 10104121)
-
7times.azAzərbaycanın Kamandan Oxatma üzrə Çempionatı: İdman nailiyyətləri mədəni ənənələrlə birləşir! ( 10103611)
-
sport24.azKamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək ( 10103461)
-
konkret.azAzərbaycanın Kamandan Oxatma üzrə Çempionatı: İdman nailiyyətləri mədəni ənənələrlə birləşir! ( 10102609)
-
idman.bizKamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək ( 10101508)