“Qurban Qurbanov “Qarabağ” rəhbərliyi üçün bir şansdır.
Öz növbəsində “Qarabağ” rəhbərliyi də Qurban Qurbanov üçün bir şansdır”.
Bu sözlər ATV kanalında efirə gedən “Futbolumuz” verllişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
Tanınmış telejurnalist bildirib ki, ümumiyyətlə, hər hansı sahədə uğur qazanmağın yolu qarşılıqlı inamdan keçir.
“Qarabağ”ı misalı çəkən aparıcı qeyd edib ki, eyni vəhdəti indi “Zirə”də də görmək mümkündür.
Rzayev bildirib ki, Rəşad Sadıqov məşqçiliyə başlayanda, asan yolla getmək istəməyib, çətin marşrutu seçib.
Onun futbolçu karyerasını bitirəndən sonra “Qarabağ”da məşqçi olaraq qalmamasını yada salıb, “Zirə”yə gələrək müstəqil fəaliyyət göstərməyə üstünlük verdiyini bildirib.
Qeyd edib ki, Sadıqov rahat pul qazanmaq istəməyib, öz istedadını fərdi şəkildə üzə çıxarmaq istəyib və bu, onda alınıb.
Telejurnalist “Zirə”dəki ailə ortamına aid bir fakt da çəkib.
Bildirib ki, fəxri prezident Premyer Liqanın ikinci turunda keçiilən matçı tribunadan izləyib və Rafaek Utziqin penalti nöqtəsinə yaxınlaşdığı anı öz telefonunun yaddasına köçürüb.
SPORTİNFO.AZ