Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.
Prosport.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupunda ilk olaraq İspaniya ilə üz-üzə gəlib.
Matç yığmamızın məğlubiyyəti ilə bitib - 12:20.
Komanda bu gün, Bakı vaxtı ilə saat 19:15-də meydan sahibləri ilə qarşılaşacaq.
Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta