AZ

Luis Enrike: “PSJ-yə 4 avroluq paltaryuyan 400 avroya başa gələr”

PSJ-nin baş məşqçisi Luis Enrike transfer pəncərəsi bitməmiş Paris klubunun mümkün alışları ilə bağlı sualı istehza ilə cavablayıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə cavabını təqdim edir:

“Pari Sen-Jermen” kimi böyük bir komanda paltaryuyan maşın almaq məcburiyyətində qaldıqda, bu, 4 avro əvəzinə 400 avroya başa gələcək. Fəsad ondadır ki, bu, 4 avroluq paltaryuyan maşın kimi işləyəcək”, deyə Enrike istehza edib.

Bu yay PSJ rusiyalı qapıçı Matvey Safonov, müdafiəçi Villian Paço, cinah müdafiəçisi Dezire Due və yarımmüdafiəçi Juan Nevesi öz heyətinə qatıb.

Xatırladaq ki, Luis Enrike 2023-cü ilin iyulundan PSJ-ni çalışdırır. İspan mütəxəssisin Fransa nəhəngi ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Parislilər Luis Enrikenin rəhbərliyi altında erkən surətdə Fransa çempionu olublar. Bu, klub tarixində 12-ci müvafiq zəfərdir və mütləq Fransa rekordudur. Həmçinin ispan mütəxəssis PSJ-yə Fransa Super Kubokunu qazandırıb. O, bu komandanı həm də mayın 25-də həlledici oyuna çıxaracağı Fransa Kubokunun finalına daşıyıb. Paris təmsilçisinin həlledici oyundakı rəqibi Lion “Olimpik”i olacaq.

Enrike PSJ-ni indiyə qədər bütövlükdə 53 oyuna çıxarıb. Parislilər bu görüşlərdə 36 qələbə qazanıblar, 12 heç-heçə ediblər və 7 qarşılaşmada məğlubiyyətə üzülüblər.

Luis Enrike məşqçiliyə İspaniyanın “Barselona” klubunun B komandasında başlayıb. 2014-2017-ci illər aralığında isə ispan məşqçi “Barselona”nın əsas komandasına rəhbərlik edib və bir sıra uğurlara imza atıb. O, “Roma” və “Selta” komandalarında, həmçinin İspaniya millisində də baş məşqçi olub.

Seçilən
110
4
arena.az

5Mənbələr