AZ

Ozancan oynadı, komandası Konfrans Liqasında heç-heçə etdi

Millimizin üzvü Ozancan Kökçünün çıxış etdiyi HİK (Finlandiya) Konfrans Liqasının pley-off mərhələsində ilk matçını keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə Farer adalarının "Klaksvik" klubunun qonağı olub.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Meydana start heyətində çıxan Ozan 60-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü avqustun 29-da keçiriləcək.

Seçilən
58
3
football-plus.az

4Mənbələr