AZ

Poti limanı Fransa silahlarının İrəvana göndərilməsini təsdiqlədi

Gürcüstan öz ərazisindən Fransa hərbi texnikasının Ermənistana göndərildiyini təsdiqləyib.

Yenisabah.az “Azadlıq” Radiosuna istinadla xəbər verir ki, bu barədə “APM Terminals Poti” şirkəti məlumat yayıb.

Söhbət “Bastion” çoxməqsədli zirehli maşınlarından gedir:

“Bu konkret yük Aİ ölkəsindən - Fransadan gəlib və sanksiyalara məruz qalmayan Ermənistana göndərilib. Bundan əlavə, Gürcüstan hökumətinin dəqiq göstərişləri və beynəlxalq tənzimləyicilər tərəfindən qoyulan məhdudiyyətlər olmadığından, "APM Terminals Poti" sanksiyaya məruz qalmayan yükləri qəbul etməkdən əsassız olaraq imtina etmə imkanından məhrumdur", - Poti limanını idarə edən şirkət bildirib. 


Telegram kanalımız
Seçilən
585
50
yenisabah.az

10Mənbələr