AZ

Avropa kuboku: Azərbaycan millisi məğlub olub

Bu gün Azərbaycanın 3×3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa kubokunda mübarizəyə başlayıb.



Komanda.az xəbər verir ki, yığma komanda C qrupundakı ilk matçında Niderlandla üz-üzə gəlib. Azərbaycan komandası rəqibinə 9:21 hesabı ilə məğlub olub.



Millinin növbəti sınağı sabah meydan sahiblərinə qarşı olacaq. Görüş saat 19:15-də start götürəcək.



Qruplarda ilk iki yeri tutanlar növbəti raunda yüksələcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAzərbaycan Basketbol Federasiyası

Seçilən
43
9
komanda.az

10Mənbələr