AZ

"Səbail" "Kəpəz"i darmadağın etdi - Premyer Liqa

Azərbaycan Premyer Liqasında IV tur start götürüb.

Prosport.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

"Bayıl Arena"da oynanılan matçda "Səbail" "Kəpəz"i qəbul edib. Meydan sahiblərinin 4 cavabsız qolla qalib gəldiyi matçda hesabı 12-ci dəqiqədə Fərid Nəbiyev açıb. 34-cü dəqiqədə Gitay Sofir fərqi iki topa çatdırıb. İkinci hissənin əvvəlində Ayman Buali gəncəliləri növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada yekun nəticəni isə 54-cü dəqiqədə fərqlənən Suleyman Alluş müəyyənləşdirib.

Qeyd edək ki, turun digər qarşılaşmaları 24 və 25 avqustda keçiriləcək.

Seçilən
61
13
prosport.az

10Mənbələr