AZ

Yanvar-oktyabr aylarında sosial müavinətlər 831 mln. manat ödənilib - Vətən Naminə

">

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, bu ilin 10 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 474 min nəfərə sosial müavinət, 376 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz çox olmaqla 831 mln. manat, Prezident təqaüdləri üzrə 20 faiz çox olmaqla 537 mln. manat ödənilib.

Yanvar-oktyabr aylarında 114 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 544 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

 

Yanvar-oktyabr

Vətən Naminə Mətbuat Xidməti

Seçilən
93
10
vetennamine.az

10Mənbələr