İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Fabio Miretti “Cenoa”ya keçib.
KONKRET.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu “Cenoa” klubuna 2025-ci iln yayına qədər icarəyə verilib.
Qeyd edək ki, 21 yaşlı futbolçu 2021-ci ildə “Yuventus”un əsas komandasında debüt edib. O, ümumilikdə meydana çıxdığı 75 matçda 2 qol vurub.