Yazını böyüt
Yazını kiçilt
Azərbaycan boksçuları Rusiyanın Çita şəhərində gənclər arasında keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
5 gün davam edəcək yarışda baş məşqçi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədovun rəhbərliyi ilə yığmanın 5 üzvü mübarizə aparacaq.
Bilalhəbaşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (54 kiloqram), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 57 kiloqram) və Məhəmmədəli Qasımzadə (60 kiloqram) qüvvəsini sınayacaq.
Artıq səfərə yollanan milli komanda avqustun 31-də Vətənə qayıdacaq.