AZ

Toyuna hazırlaşan 29 yaşlı oğlan faciəli şəkildə öldü

Astarada dənizin nəzarətsiz sularında boğulan 29 yaşlı Şamxal Həsənzadənin meyiti tapılıb.

News365.az bildirir ki, onun əmisi İdrak Həsənovun APA-ya dediyinə görə, Şamxal nişanlı olub və payızda toyu olacaqdı.

"O dünən nişanlısı və qayınanasını evlərində qoyub. Sonra dostları ilə dənizə çimməyə gedib. Dostlarla birlikdə dənizdə çimərkən Şamxal suda itib. Dostları qışqıraraq onu səsləyiblər. Axtarışların nəticəsiz olduğunu görənlər aidiyyəti üzrə məlumat veriblər" , - deyə Ş.Həsənzadənin əmisi bildirib.


Seçilən
150
14
news365.az

10Mənbələr