AZ

Keyt Middlton yay tətilini Şotlandiyada keçirir

Keyt

London, 25 avqust, AZƏRTAC

İlin əvvəlində xərçəng xəstəliyinə tutulduğunu açıqladıqdan sonra nadir hallarda ictimaiyyət qarşısına çıxan Uels Şahzadəsi Keyt Middlton yay tətilini keçirmək üçün Şotlandiyaya yola düşüb.

AZƏRTAC xəbər verir ki, Keyt Middlton həyat yoldaşı Şahzadə Uilyam ilə birgə Şotlandiyadakı Balmoral qəsrinə yaxın yerləşən Krati Kilsəsinə gedib. Kral III Çarlz və Kraliça Kamilla da kilsədə onlara qoşulub. Keyt Middlton son olaraq iyulun 14-də kişi tennisçilər arasında keçirilən “Uimbldon” turnirinin final oyunlarında ictimaiyyət qarşısına çıxıb.

Xatırladaq ki, Şotlandiyanın dağlıq Aberdinşir bölgəsində yerləşən Balmoral qəsri mərhum Kraliça II Elizabetin də sevimli yay igamətgahı olub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
89
5
azertag.az

6Mənbələr