Azərbaycan atleti Anna Skidan Polşanın Xojuv şəhərində Brilyant Liqa çərçivəsində keçirilən Kamila Skolimovska Memorialında uğurlu çıxışla yadda qalıb. Azərbaycan Atletika Federasiyasından SİA-ya verilən məlumata görə, çəkicatma yarışında ölkəmizi təmsil edən idmançının göstəricisi 71.82 metr olub.
Bu nəticə ilə Anna Skidan mötəbər yarışda 2-ci yeri tutub.