“Oyuna baxan gördü ki, biz qələbəyə layiq idik, rəqibin heç bir qol şansı yox idi”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan” klubunun futbolçusu Felipe Santos deyib.
Braziliyalı oyunçu Misli Premyer Liqasının 4-cü turunda “Neftçi” ilə 1:1-lik bərabərliyə imza atdıqları oyundan danışıb: “3-4 dəqiq qol şansımız oldu. Rəqib isə təəssüf ki, feyr-pley qaydalarına əməl etmədi. Bunu edə bilərdilər”.
Santos “Neftçi” oyunçularının feyr-pleylə bağlı problem olmadığını demələrinə belə münasibət bildirib: “Onlar qol vurdular və təbii ki, əksini deyəcəklər. Amma futbol bir oyundur, hər kəs belə hallarla rastlaşır. Bir gün “Neftçi”nin başına gəlsə, görəsən nə edəcəklər? Mənə maraqlıdır”.
Naxçıvanlıların hücumçusu komandasının hədəflərindən də danışıb: “Çox güclü komandamız var və ümid edirik ki, gözəl mövsüm keçirəcəyik. Biz Avropaya getmək istəyirik və hər gün bu haqda düşünürük. Və bunun baş verməsi üçün əlimizdən gələni edəcəyik”.