AZ

Legionerin çənəsini sındırdı, 5 illk cəza aldı

Qırğızıstan millisinin futbolçusu Mirbek Axmatəliyev 5 illik diskvalifikasiya edilib. Buna futbolçunun komanda yoldaşı ilə dava etməsi səbəb olub.

Hadisə avqustun 15-də, Bişkekdəki “Selmaş” stadionunda baş verib. “Muras Yunayted” komandasının məşqi zamanı oyunçular arasında dava düşüb. Dava zamanı komandanın legionerlərindən olan Yevgeni Terzinin çənəsi sınıb və bunda Axmatəliyev günahkar bilinib. Nəticədə futbolçunun müqaviləsinə xitam verilib.

İntizam Komitəsi tərəfindən 30 yaşlı vingerin 5 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulub. Bununla yanaşı, klubun məşqçilər korpusu və idman direktoru da işdən çıxarılıb.

Qeyd edək ki, Axmatəliyev Qırğızıstan millisində 2016-cı ildə debüt edib.

Seçilən
103
1
futbolinfo.az

2Mənbələr