AZ

İsrail ordusu Qəzzadakı hökumət binalarına nəzarət etdiyini bildirdi

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağında keçirilən əməliyyat nəticəsində İsrailin HƏMAS-ın nəzarətində olan hökumət binalarına nəzarəti ələ keçirə bildiyini bildirib. Bu barədə TASS məlumat yayıb.

“Son günlərdə İsrail qüvvələri Əl-Şeyx Adjlin və Əl-Rimalda əməliyyatlar həyata keçirərək, HƏMAS-ın hərbi məqsədlər üçün istifadə etdiyi dövlət qurumlarına nəzarəti təmin edib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Seçilən
784
50
nocomment.az

10Mənbələr