Kolumbiya millisinin futbolçusu Xames Rodriges İspaniyanın “Rayo Valyekano” klubu ilə müqavilə bağlayıb.Komanda.az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Sonuncu dəfə Braziliyada “San-Paulu”nun formasını geyinmiş 33 yaşlı yarımmüdafiəçi İspaniya klubuna azad agent kimi keçib.Rodriges bu il ABŞ-də təşkil olunan Amerika Kubokunun ən yaxşı futbolçusu seçilib. Onun komandası finala yüksəlsə də, həlledici oyunda Argentina millisinə 0:1 hesabı ilə məğlub olub.Rodriges 2023/2024 mövsümündə Braziliya A Seriyasında meydana çıxdığı 18 oyunda 2 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta