AZ

“Qarabağ”-“Dinamo” matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının "play-off" mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Dinamo" (Zaqreb, Xorvatiya) oyununa bilet satışı davam edir.

Bizim.Media xəbər verir ki, artıq satışa çıxarılan biletlərdən 24 700-ü satılıb. Bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.

Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq. Azarkeşlərimizin daha tez gəlib tribunalarda öz yerlərini tutmağı xahiş olunur!

Avqustun 28-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Bizim.Media

Seçilən
206
40
bizim.media

10Mənbələr