AZ

Qazaxıstan 2029-cu ildə neft hasilatını 105 milyon tona çatdırmağı hədəfləyir

Qazaxıstanın milli iqtisadiyyat naziri Nurlan Baybazarov hökumətin son iclasında 2029-cu ilədək neft hasilatının 104,8 milyon tona çatdırılacağını açıqlayıb.

 Qazaxıstan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, nazir Baybazarov neft hasilatının həcminin 2025-ci ildə 97,2 milyon ton olacağını deyib. Bu həcm 2029-cu ildə 104,8 milyon tona qədər artacaq.

Qeyd edək ki, Qazaxıstan 2024-cü ildə 90,3 milyon ton neft hasil etməyi nəzərdə tutur.

Seçilən
82
4
marja.az

6Mənbələr