Bakı. Trend:
Mina təhlükəsilə mübarizə sahəsində Azərbaycan və Vyetnamarasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Bu barədə Trend-ə Azərbaycan Respublikası MinatəmizləməAgentliyindən məlumat verilib.
Mina və partlamamış hərbi sursat təhlükəsi ilə mübarizəsahəsində ixtisaslaşmış beynəlxalq qurumlarlaəməkdaşlığıngenişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə AzərbaycanRespublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri VüqarSüleymanovun rəhbərlik etdiyi nümayəndə heyətininnövbətisəfəriVyetnam Sosialist Respublikasına baş tutub.
Səfər çərçivəsində Vyetnam Minatəmizləmə Mərkəzi və Quang TriMinatəmizləmə Mərkəzinin rəsmiləri ilə görüşlər keçirilib.
Qeyd edək ki, Vyetnam mina və müharibənin digər partlayıcıqalıqları təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizəsahəsində uzunmüddətli təcrübəyə malik ölkələrdən biridir.
Mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq təcrübəninöyrənilməsi və bu sahədə tərəfdaşlığın genişləndirilməsi, əldəedilən yeniliklərin minatəmizləmə fəaliyyətində tətbiqi Agentliküçün xüsusi önəm daşıyır.
Görüşlərdə bu sahədə qabaqcıl təcrübə mübadiləsi, sıx əməkdaşlıqəlaqələrinin yaradılması və inkişaf etdirilməsi, eləcə dəqarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsiaparılıb.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin nümayəndəheyəti ölkəmizdə mövcud mina və müharibənin digər partlayıcıqalıqları problemini gündəmə gətirərək, bu problemin aradanqaldırılması istiqamətində icra edilən fəaliyyət, tətbiq edilənmetodologiyalar, habelə humanitar minatəmizləmə sahəsində keçiriləntəlimlər barədə məlumat verib.
Agentliyin nümayəndə heyətinin bu istiqamətdə növbəti görüşləriKamboca Krallığına səfər çərçivəsində davam edəcəkdir.