Son olaraq İtaliyanın “Yuventus” klubunda çıxış etmiş Voytsex Şensnı karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, 34 yaşlı qolkiper bu barədə şəxsi instaqram hesabında bildirib.
Təcrübəli oyunçu həyat yoldaşına və iki övladına daha çox vaxt ayırmaq üçün bu addımı atdığını bildirib.
Şensnı 2017-ci ildən Turin təmsilçisinin formasını geyinib. Polşalı qapıçı İtaliyada “Roma”, İngiltərədə “Arsenal” kimi klubların da şərəfini qoruyub.
"Fənərbaxça" Amrabat üçün İtaliya klubuna rəsmi təklif göndərib
Neymar "Barselona"ya qayıdır? - Meneceri açıqladı
Klaudio Bravo karyerasını başa vurub
"Beşiktaş" yeni transferini açıqlayıb
Buffona UEFA-nın xüsusi mükafatı veriləcək