AZ

Çempionlar liqasında 3 oyun, "Qalatasaray" məğlub oldu

UEFA Çempionlar Liqasının pley-offunda cavab oyunlarına start verilib. Sport24.az xəbər verir ki, üç qarşılaşmada liqa mərhələsinə yüksələn 3 komanda bəlli olub.
 
Liqa mərhələsinə vəsiqələrin sahibləri Avstriya, Türkiyə və Çexiyada dəqiqləşib. Səfərdə "Yanq Boyz"a uduzan "Qalatasaray" İstanbulda revanş ala bilməyib. İsveçrə çempionu 1:0 hesabı ilə qələbə qazanıb.
 
"Zalsburq" Kiyev "Dinamo"sunu, "Sparta" isə "Malmö"nü mübarizədən kənarlaşdırıb. Pley-offa avqustun 28-də yekun vurulacaq.
 
UEFA Çempionlar LiqasıPley-off mərhələsi, cavab oyunları27 avqust
"Qalatasaray" (Türkiyə) – "Yanq Boyz" (İsveçrə) 0:1 (ilk oyun 2:3)
"Zalsburq" (Avstriya) – "Dinamo" (Kiyev, Ukrayna) 1:1 (2:0)
"Sparta" (Praqa, Çexiya) – "Malmö" (İsveç) 2:0 (2:0)

Seçilən
99
6
sport24.az

9Mənbələr