AZ

Tramp Harrislə canlı yayımda iştirak edəcəyini açıqlayıb

 

ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp sentyabrın 10-da Demokratlar Partiyasının namizədi və ABŞ-nin vitse-prezidenti Kamala Harrislə canlı yayımda iştirak edəcəyini açıqlayıb.Missiya.Az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Tramp “Truth Social” adlı sosial media platformasında bildirib.“Yoldaş Kamala Harrislə debat üçün Radikal Sol Demokratlarla razılığa gəldim”,-deyə o qeyd edib.Debat proqramının sentyabrın 10-da “ABC” telekanalında yayımlanacağını bildirən Tramp, yayımın Pensilvaniya ştatının Filadelfiya şəhərindən canlı yayımlanacağını vurğulayıb.Leyla SƏMƏNDƏRMissiya.Az

 

Seçilən
279
1
missiya.az

10Mənbələr