AZ

Parisdəki Atletlər kəndində Azərbaycan paralimpiyaçıları ilə görüş olub

Parisdəki

Bakı, 28 avqust, AZƏRTAC

Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi ilə Gənclər və İdman Nazirliyinin rəsmiləri Parisdəki Atletlər kəndində Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

MPK-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın, o cümlədən paralimpiyanın inkişafının xüsusi diqqət mərkəzində saxlandığı vurğulanıb.

“Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq idmançılara uğurlar arzulanıb. Onların dördilliyin ən mötəbər turnirində yeni parlaq qələbələrə imza atmaq əzmində olduğu bildirilib.

 

 

 

Seçilən
146
1
azertag.az

10Mənbələr