"Milan" futbolçusu Yasin Adlini icarəyə verib.
QOL.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Fiorentina"ya keçib. Bu barədə Florensiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fransalı futbolçu ilə müqavilə 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub. Sözləşməyə birdəfəlik transfer haqqı da daxildir.
Qeyd edək ki, Adli 2021-ci ildən "Milan"ın futbolçusudur. O, komandanın heyətində 39 oyuna çıxıb, 1 qol vurub və 2 qolun ötürməsini verib.