AZ

Çin Sədri ilə Bayden arasında onlayn görüş planlaşdırılır

Çin

Vaşinqton, 29 avqust, AZƏRTAC

ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında yaxın həftələrdə virtual görüşün keçirilməsi planlaşdırılır. AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Çinə səfəri zamanı xarici işlər naziri Vanq Yi ilə görüşdə bildirib. Ağ evin yaydığı məlumata görə, tərəflər Tayvan boğazı və Cənubi Çin dənizində gərginliyi azaltmaq məqsədilə ali hərbi komandanların da cəlb olunması ilə təhlükəsizlik üzrə danışıqlarını davam etdirmək barədə razılığa gəliblər.

 

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
160
5
azertag.az

5Mənbələr