AZ

Azərbaycan millisinin baş məşqçisi xüsusi mükafata layiq görülüb

Bakı, 29 avqust, AZƏRTAC

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş ölkəsi Portuqaliyada xüsusi mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“Liga Portugal Awards”ın seçiminə əsasən, 70 yaşlı mütəxəssis Portuqaliya futbolunun beynəlxalq uğurlarında ən çox töhfə verən simalardan biri kimi mükafatlandırılıb.

Qeyd edək ki, Fernandu Santuş bu ilin iyununda Azərbaycan millisinə baş məşqçi təyin olunub. O, 2016-cı ildə Portuqaliyaya Avropa çempionluğunu qazandırıb.

Seçilən
47
5
azertag.az

6Mənbələr