AZ

Pirlo istefaya göndərildi

İtaliyanın "Sampdoriya" klubu baş məşqçisi Andrea Pirlonu istefaya göndərib.

Bakıvaxtı.az "Sky Sports"a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis B Seriyasının III turunda "Salernitana"ya məğlubiyyətdən sonra komanda ilə yollarını ayırıb.

Qeyd edək ki, ötən mövsüm A Seriyasına yüksəlmək üçün mübarizə aparan "Sampdoriya" kollektivi çempionatı 55 xalla 7-ci pillədə başa vurmuşdu.

Seçilən
169
6
bakivaxti.az

9Mənbələr