Bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsinin püşkü atılıb.
“Ölkə.az” xəbər verir ki, Fransanın Monako şəhərində baş tutan tədbirdən sonra bir-biri ilə üz-üzə gələcək komandaların rəqibləri müəyyənləşib.
4 səbətdə yer alan komandaların rəqiblərini təqdim edirik:
I səbətdə yer alan komandaların rəqibləri.
0
II səbətdə yer alan komandaların rəqibləri.

III səbətdə yer alan komandaların rəqibləri.

IV səbətdə yer alan komandaların rəqibləri.

Yeni mövsümündən etibarən 36 komandalı formatda keçiriləcək yarışda ilk oyunlara sentyabrın 17-19-da start veriləcək. Liqa mərhələsinin son matçları isə 2025-ci il yanvarın 29-da olacaq.
Liqa mərhələsinin pley-offunda qarşılaşacaq cütlüklər 2025-ci il yanvarın 31-də keçiriləcək püşkatmada müəyyənləşəcək. Mərhələnin ilk oyunları fevralın 11-12-də, cavab görüşləri isə 18-19-da baş tutacaq.
1/8, 1/4 və yarımfinalın püşkü isə 2025-ci il fevralın 21-də atılacaq.
Qeyd edək ki, Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi İspaniyanın "Real" klubu olub.