AZ

“Qarabağ”ın Avropa Liqası oyunları bu tarixlərdə baş tutacaq

“Qarabağ”ın Avropa Liqasının yeni formatda keçiriləcək liqa mərhələsindəki oyunlarının keçiriləcəyi tarix bəllidir.

Offsideplus.az xəbər verir ki, “Qarabağ”ın rəqibləri bu gün saat 15:00-da atılacaq püşkdə müəyyənləşəcək.

Liqa mərhələsində 36 komanda hərəyə 8 oyuna (4 ev, 4 səfər) çıxacaq. Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.

2024-cü il

I tur: 25-26 sentyabr

II tur: 3 oktyabr

III tur: 24 oktyabr

IV tur: 7 noyabr

V tur: 28 noyabr

VI tur: 12 dekabr

2025-ci il

VII tur: 23 yanvar

VIII tur: 30 yanvar

Püşkatma ərəfəsində klublar reytinqinə əsasən 4 səbətə bölünəcək. Komandalar hər səbətdən iki rəqiblər – biri ilə evdə, digəri ilə səfərdə görüşəcək.

8 turdan sonra ilk 8 yeri tutan komanda 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.

Seçilən
142
26
medianews.az

10Mənbələr