AZ

"Barselona" azərbaycanlı futbolçusunu icarəyə göndərdi

style='margin-bottom:10px;'>

"Barselona" azərbaycanlı futbolçusu Eldar Tağızadəni icarəyə verib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı qapıçı karyerasını İspaniyanın 4-cü liqasında mübarizə aparan "Tudelano"da davam etdirəcək. Onunla 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Eldar Tağızadə avqustun 10-da "Barselona"nın B komandasına transfer olunmuşdu. Onun Kataloniya təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Seçilən
128
2
teleqraf.com

10Mənbələr