"Turan Tovuz" Misli Premyer Liqasının V turunda doğma meydanda "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Oyuna pis başladıq. İlk 15 dəqiqə ərzində üstünlüyü rəqibə verdik və bütün mövqeləri uduzduq. Sonra hissənin axırına kimi vəziyyəti yaxşılaşdırdıq. 1-dən çox da qol vura bilərdik. İkinci hissədən razı qalmadım. Nə hücumda, nə də müdafiədə yaxşı oynadıq. Səbəbini axtaracağıq. Bu, ya qol buraxmaq qorxusundandır, ya da başqa psixoloji məqamdır. - Fərid Yusifli kobud səhvə yol verdi. Sizcə, Premyer Liqada oyanyan futbolçu belə səhvə yol verə biıər? - Narazılığım Fəridə yox, Şəhriyara idi. Şəhriyar həmin məqamda ona ötürmə verməli deyildi. Fərid də daha rahat oyunamalı idi. - "Turan Tovuz"un tarixində ilk dəfə milliyə oyunçular dəvət olundu. Buna münasibətiniz necədir? - İlk dəfə olduğunu bilmirdim. Xoş hisslər keçirirəm ki, həm gənc komandalara, həm də əsas milliyə futbolçularımız dəvət olunub. - Sizin üçün nəticə önəmlidir, yoxsa baxımlı futbol? "Turan Tovuz"un baxımlı futbol oynadığını düşünürsüz? - İstənilən məşqçi üçün nəticə önəmlidir. Amma tapşırıqları yerinə yetirmirsənsə, nəticələr daimi olmaz. Bu gün qələbə var. Amma istədiyimiz kimi oyun olmadı. İstənilən halda qələbə qələbədir. Çünki, azarkeşlər bundan zövq alırlar. - Bura gələndə inanırdız ki, 5 turdan sonra qol buraxmadan lider olacaqsız? - Azərbaycan futbolu haqda məlumatım yox idi. Futbolçulra təşəkkür edirəm. Onların sayəsində bu nəticələr əldə olunur. - Milli fasilə komandanı tonusdan sala bilər? - Yox. İstənilən halda fasilə lazımdır. Bu bizə vaxt verəcək ki, səhvlərimizin üzərində işləyək. - Transfer gözlənilir? - Hələ ki dəqiq bir şey yoxdur. Bu sualları mənə yox, rəhbərliyə ünvanlayın.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta