“Football-plus.az” xəbər verir ki, Muxtar Respublika təmsilçisinin məşqçisi Rasim Ramaldanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Sumqayıtda oynamaq həmişə xoşdu. Dinamik və hücum futbolu oldu. Futbolçularımıza təşəkkür edirəm, yaxşı oynadılar. Qoldan sonra bir az geriyə çəkildik. Bəzi şeylər alınmırdı. Amma qələbə həmişə yaxşıdı”.
- Hesabda önə keçəndən sonra sanki komanda arxayınlaşır. Bunun səbəbi nədi?
- Bu, bizə siqnal oldu. Komanda qol vurandan sonra müdafiəyə oturur. Vaxtımız var. Bunun üzərində işləyəcəyik. Qoldan sonra da dinamik futbol oynamağa çalışacağıq.
- Milli fasilə komandaya necə təsir edəcək?
- Yaxşı və ya pis olacağı bilinmir. Nöqsanlarımız çoxdur. Yeni oyunçular bir-birinə uyğunlaşmayıblar. Çalışacağıq ki, nöqsanları aradan qaldıraq. Fasilə bizim xeyrimizə olacaq.
- Qarşınıza hansı hədəf qoyulub?
- Konkret hədəf qoymayıblar. Amma biz bacardığımızın ən yaxşısını etmək istəyirik. Avrokuboklara vəsiqə alınsa, lap yaxşı olar. Alınmasa da, yolumuza davam edəcəyik.